Ester Eti Elkis: “Biz buraya azad edilmiş ərazilərdəki vəziyyətlə şəxsən tanış olmaq üçün gəlmişik”
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrail və ABŞ-ın media işçilərindən ibarət nümayəndə heyəti vəziyyətlə şəxsən tanış olmaq üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gəlib”.
BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında ABŞ-da fəaliyyət göstərən podkast şirkətinin nümayəndəsi Ester Eti Elkis bildirib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərə səfərin məqsədi Qarabağdakı, o cümlədən Şuşadakı vəziyyətlə tanış olmaqdır: “Biz, həmçinin Azərbaycan və İsrailin İranla problemlərini işıqlandırmaq üçün gəlmişik. Bu, israilli kimi mənim üçün xüsusilə vacibdir”.
O, Azərbaycanla bağlı bütün həqiqətlərin dünyaya çatdırılmasının vacibliyini də vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...