Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi mümkündür – XİN rəhbəri
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla digər sahələrdə də ticarət əlaqələrinin qurulması mümkündür.
BAKU.WS xəbər verir ki, 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərə açıqlamasında nazir qeyd edib ki, Ermənistan tərəfdən müvafiq müraciət olarsa, Azərbaycan bunu nəzərdən keçirə bilər:
"Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri sıfırdan yaradılır. Neft ixracı ilə bağlı təklif artıq qəbul olunub və ixraca başlanılıb. Biz ticarət əlaqələrinin daha da genişləndirilməsini real hesab edirik. Neft ixracı müəyyən müsbət reaksiyalarla qarşılanıb, lakin eyni zamanda Ermənistan ictimaiyyətində bəzi narazılıqlar və əleyhinə çağırışlar da mövcuddur".
Oxşar xəbərlər
Leyla Əliyeva Animasiya Evindən paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Animasiya Assosiasiyasının Animasiya Evinin qonağ...