Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı sənədlər Baş Prokurorluğa təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Oxçuçayın suyunu çirkləndirməsi ilə bağlı sübutedici sənədlər Azərbaycanın Baş Prokurorluğuna təqdim edilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupundan məlumat verilib.
İşçi Qrupunun iclasında qeyd olunub ki, Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi aparılmış ekoloji monitorinqlər üzrə toplanmış sübutedici sənədlər hüquqi qiymətin verilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Baş Prokurorluğuna təqdim olunub.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...