Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir - Ceyhun Bayramov
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsi işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusilə əngəl törədir.
BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan mina xəritələri ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir:
“Ermənistan uzun müddət ərzində mina xəritələrini təqdim etmirdi. Bunun nəticəsində 167 nəfər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Yalnız 8 aydan sonra xəritələrin kiçik bir hissəsini təqdim etdilər və onların da keyifəyyiti çox aşağı səviyyədədir”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...