Ermənistanın baş naziri: “Daha Moskvaya öz təhlükəsizliyimizin qarantı kimi arxalana bilmərik”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynadakı hadisələr o deməkdir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, Ermənistan artıq Moskvaya öz təhlükəsizliyinin qarantı kimi arxalana bilməz”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Politico”ya müsahibəsində bildirib.
“Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişdi”, - deyə baş nazir bildirib.
Paşinyan, həmçinin, Moskvanın ötən il Ukraynada münaqişə başlayandan bəri Kreml üçün strateji əhəmiyyəti artan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan çəkindiyini etiraf edib.Onun sözlərinə görə, Ermənistanın strategiyası bu vəziyyətdə başqalarından asılılığını mümkün qədər azaltmağa çalışmaq olmalıdır.
“Biz müstəqil, suveren ölkəmizin olmasını istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların ortasında qalmamağın yolları olmalıdır. Ermənistan proksiyə çevrilməməlidir. Bu, qəbuledilməzdir”, - deyə Paşinyan bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...