Ermənistanın baş naziri: İrəvan Bakıdan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Ermənistan Azərbaycandan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bu gün "Hökumət saatı" zamanı bildirib.
"Biz bütün halları (Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması) araşdırmağa hazırıq, bu mesajı diplomatik kanallarla göndərmişik və göndəririk. Biz, həmçinin eyni kanallar vasitəsilə bir sıra məlumatlar almışıq və vəziyyəti daha aydın şəkildə başa düşmək üçün tam ciddiyyət və səmimiyyətlə araşdırma aparırıq", - o deyib.
Paşinyan tərəflərdən heç birinin eskalasiya niyyətini bəyan etmədiyinə diqqət çəkib. O, bu yanaşmanı düzgün və sülh gündəliyinin məntiqinə uyğun hesab edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...