Ermənistandan Azərbaycana qarşı növbəti təxribat - FOTO

Ermənistandan Azərbaycana qarşı növbəti təxribat - FOTO
Foto
Siyasət 789

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2020” yarışmalarında Ermənistan Azərbaycana qarşı təxribat törədib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, təxribat beynəlxalq yarışmada iştirak edən ölkələrin mədəniyyətlərinin sərgisi zamanı yaşanıb.

Azərbaycan Respublikasının milli musiqi alətləri olan tar, saz erməni milli musiqi alətləri kimi sərgi iştirakçılarına təqdim olunub.

Azərbaycan nümayəndə heyyəti artıq təşkilatçılara bu barədə öz narazılıqlarını bildirib.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın da qatıldığı hərbi oyunlar bu gün başlayıb və sentyabrın 5-nə kimi davam edəcək.

Son xəbərlər