Ermənistandan Azərbaycana qarşı növbəti ekoloji təhdid - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan ənənəvi olaraq regionun ekologiyası üçün təhdidlər yaratmaqda davam edir. Növbəti təhdid Naxçıvan istiqamətindədir.
Belə ki, Ermənistan Naxçıvanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.
Rayon sakinləri bildirirlər ki, bu, Ermənistanın növbəti ekoloji cinayətidir:
“Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda da tikə bilər”.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Oxşar xəbərlər
Ermənistandan Naxçıvana ekoloji təhdid: sərhəddə təhlükəli zavod inşa ediləcək
Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə 70 milyon dollarlıq ABŞ sərmayəsi ilə iri m...