Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür?
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Azərbaycanın Ermənistandan idxal həyata keçirməsi ilə bağlı məlumatlar yayılır.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu barədə danışsa da, əməliyyatın detallarını açıqlamayıb.
Qeyd edək ki, Azərbaycan 2025-ci ildən başlayaraq bu ölkəyə ixrac həyata keçirir. 2025-ci ildə ixracın dəyəri 788.8 min dollar, 2026-cı ilin yanvar-iyul aylarında isə 17 milyon 372.1 min dollar təşkil edib. İxrac əsasən yanacaq məhsullarından ibarət olub.
Bəs Ermənistan iqtisadiyyatının, o cümlədən ixracının strukturu Azərbaycana bu ölkədən əhəmiyyətli həcmdə idxal həyata keçirməyə imkan verir?
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, hazırkı mərhələdə Ermənistandan Azərbaycana daha çox sənaye xarakterli məhsulların idxalı mümkündür.
O bildirib ki, gələcəkdə iki ölkə arasında ərzaq və gündəlik istehlak məhsullarının da alqı-satqısı mümkün ola bilər.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...