Ermənistanda rüşvət alan Müdafiə Nazirliyinin zabiti həbs edilib

Ermənistanda Müdafiə Nazirliyinin əməkdaşı 6 milyon dram (15,5 min ABŞ dolları - Qeyd) rüşvət alıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, Ermənistan vətəndaşı A.Q. Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahı Xidmətinin səfərbərlik şöbəsinin rəisi S.A ilə 2023-cü ilin yayında həqiqi hərbi xidmətə gedəcək oğlunun müəyyən vəsait qarşılığında xidmətə yararsız kimi göstərməsi üçün razılığa gəlib.
Bunun müqabilində məmur vətəndaşdan 2023-cü ilin aprelində aldığı 6 milyon dram rüşvət tələb edib.
İyulun 27-də çağırışçının atası və məmur saxlanılıb. Vəzifəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, rüşvət verən şəxs ev dustaqlığına göndərilib.
İstintaq davam edir.

Oxşar xəbərlər
Ermənistanda hərbi hissə komandiri rüşvət üstündə həbs edilib
Ermənistanda hərbi hissənin komandiri 19,5 milyon dram (təxminən 50 min ABŞ dolları) məbləğində rüşvət aldığı üçün həbs edilib. “Report” yerli mətbuata istinadə...