Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır

14
mar
2020
15:55
Hazırda Ermənistanda COVİD-19 virusuna təsdiqlənmiş 15 halı var, xəstələrdən 1-də ağciyər iltihabı aşkarlanıb.
BAKU.WS "Report”a istinadən xəbər verir ki, bu barədə "Facebook” səhifəsində səhiyyə naziri Arsen Torosyan yazıb.
O, daha 36 nəfəri müayinə etdiklərini, bunlardan 2-də müsbət nəticə çıxdığını bildirib.
Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb. Yoluxanlar arasında İrandan və İtaliyadan qayıdanlar və onlarla təmasda olanlar, habelə 1 İtaliya vətəndaşı və Fransadan gələn şəxs var.
Oxşar xəbərlər
Dünyada koronavirus təxribatını kimlər və nə məqsədlə yayır?
Dünyanı qorxuya salan koronavirus epidemiyası insanlarda böyük vahimə yaradıb. Lakin bunun arxasında KİV-lər dayanıb. Belə ki, COVID-19 virusuna dünyanın 120-də...