Ermənistanda etirazçılar istefa tələbi ilə nazirliyin qarşısına toplaşdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalif etirazçılar Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşıblar.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, səhər saatlarından xüsusi qüvvələr də daxil olmaqla çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları nazirliyin qarşısına cəlb edilib.
Bildirilir ki, Baş nazirin ofisində görüş keçirəcəyi planlaşdırılır.
Müxalif etirazçıların “Vətəni Xilasetmə Hərəkatı”nın nümayəndələri daha əvvəl Paşinyanın binaya girişini bağlamaq niyyətində olduqlarını bildiriblər.
Bir qrup etirazçı isə İrəvanda prezident igamətgahı qarşısına toplaşıb.
Oxşar xəbərlər
İrəvanda ara qarışdı, "Su-30"lar havaya qalxdı - VİDEO
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. BAKU.WS xəbər verir k...