Ermənistanda ağır yol qəzasında 14 nəfər xəsarət alıb
20
yan
2024
21:36
Ermənistanın Araqatsotn rayonunda (əvvəlki tarixi Şorəyel Mahal - red) rayonunda ağır yol qəzası olub.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, Gürcüstan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı mikroavtobusun "Opel Astra" markalı minik maşını ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə səbəbi açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İrandan Ermənistana külli miqdarda narkotik partiyasının keçirilməsinin qarşısı alınıb
Ermənistan hüquq-mühafizə orqanları İrandan Ermənistana külli miqdarda narkotik partiyasının keçirilməsi faktını aşkarlayaraq onun qarşısını alıb. “Report” xəbə...