Ermənistan XİN: Mirzoyanla Ceyhun Bayramov arasında Vaşinqtonda görüş nəzərdə tutulmayıb
09
iyl
2024
20:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqtonda NATO sammiti çərçivəsində görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur.
"Report"un məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan deyib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də işgüzar səfərdədir. Səfər çərçivəsində nazirin Vaşinqtonda keçiriləcək NATO sammitində iştirakı, eləcə də bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...