Ermənistan XİN: Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar dalana dirənməyib, dialoq davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə bildirib.
"Mən prosesin dalana dirəndiyini hesab etmirəm, çünki belə bir qiymətləndirmə üçün heç bir müzakirənin olmadığı vəziyyət lazımdır, müzakirələr isə davam edir", - o qeyd edib.
V.Kostanyan iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...