Ermənistan və Gürcüstan Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmalarını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmaları müzakirə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, məsləhətləşmələr avqustun 21-də İrəvanda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın sədrliyi ilə keçirilib.
Tərəflər iki ölkə arasında münasibətlərin dostluq xarakterini və strateji tərəfdaşlığı qeyd edib, yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdiyini vurğulayıblar.
"Həmçinin Cənubi Qafqaz regionunda baş verən cari hadisələr müzakirə olunub. Gürcüstan tərəfi Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişini alqışlayıb və ABŞ-nin rolunu ayrıca vurğulayıb", - məlumatda deyilir.
Gürcüstan tərəfi regionda uzunmüddətli sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu bildirib.
Bundan əlavə, tərəflər ticarət-iqtisadi, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivlərini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...