Ermənistan və Almaniya tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıbılar
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Almaniya ikitərəfli tərəfdaşlıqlarının strateji gündəliyi ilə bağlı birgə bəyannamə imzalayıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Fridrix Merts imzalayıblar.
"Bu səfər həqiqətən tarixidir, çünki Ermənistan və Almaniya arasındakı münasibətlər strateji tərəfdaşlıq dövrünə qədəm qoyur və bu, iki ölkə arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəm haqqında Bəyannamənin imzalanması ilə təsdiqlənib", - Paşinyan Merts ilə birgə mətbuat konfransında bildirib.
O əlavə edib ki, İrəvan və Berlin arasındakı münasibətlər qarşılıqlı hörmətə və ortaq dəyərlərə əsaslanır.
Qeyd edək ki, Paşinyan Berlində rəsmi səfərdədir. O, əvvəllər Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, daha sonra isə Kansler Merts ilə ikitərəfli və geniş formatlarda görüşlər keçirib.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...