Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb
Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb.
Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.
Oxşar xəbərlər
Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada Yaradıcılıq Mərkəzini ziyarət ediblər, "Heydər Əliyev və Qarabağ" sərgisi ilə...