Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”
Siyasət 68

Ermənistan və Azərbaycan nümayəndələri Ermənistanın Sünik (Zəngəzur - red.) rayonunun Tex-Kornidzor hissəsinin sərhədlərini dəqiqləşdirmək üçün görüş keçiriblər.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzi məlumat yayıb.

Bildirilir ki, görüş Tex-Kornidzor ərazisində baş tutub.

“Sərhədlərin dəqiqləşdirilməsi üçün işlər aparılıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.

Son xəbərlər