Ermənistan-Gürcüstan avtomobil yolu hər iki istiqamətdən bağlandı - VİDEO
Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və bu səbəbdən Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.
Bu barədə Ermənistanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
Qeyd olunub ki, güclü yağışlar nəticəsində yol ciddi zədələnib, sürücülərdən Gürcüstanla sərhədə getmək üçün başqa yollardan istifadə etmələri xahiş olunur.
Eyni zamanda Debed çayı məcrasından çıxaraq Alaverdi kəndindən olan evlərin həyət və zirzəmisini basıb. Vurğulanıb ki, hazırda kənd sakinləri evlərini tərk edə bilmirlər.
“Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” İrəvan-Tbilisi-İrəvan marşrutu üzrə hərəkət edən qatarların hərəkətini baş verən torpaq sürüşməsi səbəbindən ləğv edib.
Oxşar xəbərlər
Orta Dəhliz üzrə tranzit müddəti 2024-cü ildə 14-18 günə qədər azalacaq
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan...