Ermənistan beynəlxalq müdafiə sənayesi sərgisində biabır oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki Milli Sərgi Mərkəzində “IDEX-2021” Beynəlxalq müdafiə sənayesi sərgisinin açılışı olub.
BAKU.WS xəbər verir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin də iştirak etdiyi sərgidə ilk dəfə İsrail, Lüksemburq, Portuqaliya və Şimali Makedoniya da təmsil olunur.
“IDEX” və “NAVEX” sərgilərində müdafiə sənayesi sahəsində texnikanın və innovativ texnologiyaların ən son nailiyyətləri təqdim edilir. Bundan başqa, ölkələr və şirkətlər arasında qarşılıqlı əməkdaşlığa dair danışıqlar da aparılır.
Sərgi fevralın 25-dək davam edəcək.
Qeyd edək ki, sərgidə dünyanın 900-dən çox şirkəti iştirak edir. Ermənistan da həmin sərgidə təmsil olunur. Lakin Ermənistanın stendinin qarşısından çəkilən fotoya fikir versək, görərik ki, ora boşdur.
Ermənistan mətbuatında isə yazılır ki, stendin icarəsinə dövlət büdcəsindən külli miqdarda pul xərclənsə də, eksponat nümayişi mümkün olmayıb.
Məlumata görə, buna səbəb Akop Arşakyanın başçılıq etdiyi Yüksək Texnologiyalar və Hərbi Sənaye Nazirliyinin bacarıqsızlığı olub. Belə ki, bu nazirlik silahların sərgiyə çatdırılmasını təşkil edə bilməyib. Bildirilib ki, Ermənistan silahları hələ də Moskvada qalıb.
Beləliklə, sərginin açılış günü iştirakçı ölkələr silah nümayiş etdirərkən erməni tərəfi buklet paylamaqla kifayətlənib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə ve...