Ermənistan Azərbaycana hücuma hazırlaşır: Paşinyan "kiçik uğurlu müharibə" planlaşdırır
13 noyabr 2024-cü il. Bütün dünyanın diqqəti həmin günlərdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına yönəlmişdi. COP29 çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərlə söhbətində qeyd etmişdi ki, Bakı və İrəvan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıda bilər.
Bu barədə "Caliber"in "YouTube" səhifəsində yayımlanan yeni süjetdə bildirlir.
"Artıq noyabr ayı başa çatır və belə görünür ki, Bakı öz prioritetlərini bir daha aydın şəkildə müəyyən edəndən sonra İrəvan da irəliyə doğru addım atmalı idi. Amma bunun əvəzində biz əksini, yəni Ermənistanın revanşist əhval-ruhiyyə ilə birmənalı olaraq yeni müharibəyə hazırlaşdığını görürük", - videomaterialda vurğulanır.
Süjetdə əsaslı və konkret faktlar təqdim edilir:
Oxşar xəbərlər
Paşinyan Qərbi Azərbaycanla "Qərbi Ermənistan" iddiasını niyə eyniləşdirir? - Xronika
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. "Paşinyan: "Şüurlu şəkildə dövlətimizin itirilməsi ilə üzləşə bilərik" adlı...