Ermənilərin KTMT-yə münasibəti: Təşkilatın loqosu İrəvanda zibil qutularına yapışdırıldı – FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni ikiüzlülüyü növbəti dəfə özünü büruzə verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün yalvaran ermənilər bu dəfə özlərinin də üzv olduqları qurumun loqosunu İrəvandakı zibil qutularına yapışdırıblar.
Onlar təşkilatın Azərbaycanla sərhəd münaqişəsi zamanı Ermənistanı dəstəkləməməsindən narazı olduqlarını bildirib və mövqelərini ancaq özlərinə yaraşan bucür təhqiredici bir üsulla nümayiş etdiriblər.
Qeyd edək ki, bu, KTMT-yə qarşı Ermənistanda atılan ilk təhqiredici və alçaldıcı addım deyil. Hələ 2018-ci ildə təşkilatın baş katibi Yuri Xaçaturov Yerevanda nümayişkəranə şəklidə həbs olunmuş, sonradan girov müqabilində sərbəst buraxılmışdı.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...