Ermənilərdən növbəti təxribat: Terrorçunun şəklini Azərbaycan konsulluğunun önünə yapışdırdılar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilərin Azərbaycan dövlətinə, azərbaycanlılara qarşı təxribatları ABŞ-da da davam edir.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, ötən gecə ermənilər Azərbaycanın Kaliforniyadakı konsulluğu önündəki dirəklərə terrorçu Qurgen Yanikiyanın fotosunu yapşıdırıblar.
Bununla bağlı fotoları Azərbaycanın Kaliforniyadakı Baş Konsulu Nəsimi Ağayev öz “Twitter” səhifəsində paylaşıb.
Qeyd edək ki, Qurgen Yanikiyan ən qatı erməni cinayətkarlarından və terrorçularından biridir. O, 1973-cü ildə Kaliforniyada türk diplomatlara qarşı sui-qəsd etmiş, onları öldürmüşdü.
Nəsimi Ağayev paylaşımında həmçinin Yanikiyanın nə qədər təhlükəli bir cinayətkar olduğunu göz önünə alaraq aidiyyəti qurumların məsələ ilə bağlı qəti mövqe qoymaları barəsində tələbini də vurğulayıb.
Last night, Armenian radicals hanged a photo of Armenian terrorist #GourgenYanikian in front of @azconsulatela. Yanikian murdered Turkish diplomats in 1973 in California. Considering history of Armenian terrorism in LA, we urge @FBILosAngeles & @LAPDHQ to investigate this matter. pic.twitter.com/6o7Y0TKjBj
— Nasimi Aghayev (@NasimiAghayev) January 11, 2022
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...