Ermənilər yenə də Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular

Ermənilər yenə də Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular
Siyasət 81

Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Son xəbərlər