Ermənilər Şahbulaqdakı qalanı dağıdıb, muzeyi talan ediblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilər Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdıblar.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şahbulaq ərazisində Pənahəli xanın 1750-ci illərdə tikdirdiyi qalanın qalıqları üzərində ermənilər yeni qala inşa edərək tarixiliyinə xələl gətirib, qalanın içində qondarma "Tiqranakert" adlı muzey yaradıblar.
Şahbulaq ərazisində aparılan arxeoloji qazıntıların nəticələri həmin muzeydə yerləşdirilib. Ermənilər Ağdamı təhvil verərkən muzeyin eksponatlarını da özləri ilə apararaq talan ediblər.
Muzeyin inventarı dağıdılıb binaya zərər vurulub.
Muzeydə XI-XII əsrlərə və daha qədim dövrlərə aid eksponatlar olub. Bunu muzeyin ərazisində qalan kiçik kağız lövhələrdən də görmək olur.
Qeyd edək ki, ermənilərin "Tiqranakert" adlandırdığı yer Şahbulaq ərazisindəki qədim şəhər qalıqlarıdır.
Qalereya
Oxşar xəbərlər
Hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif olundu - SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb....