Ermənilər qorxu içində: Qubernator hamını gizlənməyə çağırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərinə endirilən cavab atəşləri qarşı tərəfdə qorxu yaradıb.
BAKU.WS xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan əhaliyə müraciə edərək onları gizlənməyə çağırıb: "Tavuş şəhərinin sakinləri, son dərəcə diqqətli olun, sığınacaqlarda gizlənin".
Qeyd edək ki, son günlər Azərbaycan ordusu onlarla erməni hərbçisini məhv edib, sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olunub. O cümlədən düşmənin bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edilib. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...