Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
Siyasət 919

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə, 31 mülki şəxs həyatını itirib.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 171 nəfər yaralanıb.

“1137 ev, 146 mülki obyekt və 45 yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.

Son xəbərlər