Erməni blogerdən ŞOK etiraf: Qarabağın şimal və cənubunu itirmişik
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur erməni bloger Tiqran Köçəryan Dağlıq Qarabağ ətrafında baş verənləri qələmə alıb.
BAKU.WS-in məlumatına görə, erməni bloger bundan sonra susmayacağını və həqiqətləri söyləcəyini açıqlayıb.
O, Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib. Bu qərarın isə yalnış olduğunu bildirib. Daha sonra bloger vurğulayıb ki, Paşinyanın yarıtmaz siyasəti və hərbi təcrübəsizliyi nəticəsində Dağlıq Qarabağın şimal və cənubu itirilib.
Tiqran Köçəryan həmçinin Paşinyanın erməniləri daha bir məsələdə aldatdığını deyib. Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək Paşinyan hökumətinin Xankəndidə rus hərbçilərinin olması barədə yalanlarını ifşa edib və bunun həqiqəti əks etdirməyini vurğulayıb.
Oxşar xəbərlər
Rəsmi Bakı beynəlxalq qurumlara çağırış etdi: Ermənistan yeni hücuma hazırlaşır - CƏDVƏL
Baş Nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri Dağlıq Qarabağ münaqişəsinin nizama...