Erfan Ali: WUF13 şəhər idarəetmə imkanlarının nümayiş etdirilməsi üçün platformaya çevriləcək

Erfan Ali: WUF13 şəhər idarəetmə imkanlarının nümayiş etdirilməsi üçün platformaya çevriləcək
Siyasət 8

Şərqi Avropa və Mərkəzi Asiya regionu iqtisadi transformasiyaların, şəhər inkişafının və humanitar proseslərin kəsişməsində yerləşir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşdırma Proqramının (UN-Habitat) eksperti, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktor Erfan Ali XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, İstanbulda UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəliyinin açılması çox vaxtında verilmiş qərardır, çünki hazırda bu region iqtisadi transformasiyaların, şəhər inkişafının və humanitar proseslərin kəsişməsində yerləşir:

"O (yeni ofis - red.) regionda şəhər transformasiyasını nümayiş etdirməyə və region ölkələrinə dəstək üçün verdiyimiz töhfəni vurğulamağa imkan yaradır".

E.Ali əlavə edib ki, Ümumdünya Şəhərsalma Forumunun ilk dəfə olaraq Mərkəzi Asiya və Cənubi Qafqazda keçirilməsi yerli və regional hakimiyyət orqanlarının üzləşdiyi çağırışları və imkanları qlobal səviyyədə nümayiş etdirmək üçün son dərəcə vacib və vaxtında yaranmış imkan olacaq.

Son xəbərlər