Ərdoğanla Paşinyan ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılmasını müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" səhifəsində paylaşım edib.
Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini olduğunu vurğulayıblar.
Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Onlar, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...