Ərdoğandan yunanca paylaşım və sərt XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabında yunanca mesajlar paylaşaraq Yunanıstana xəbərdarlıq edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, qardaş ölkə lideri Türkiyə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcəyini bildirib.
“Türkiyə heç kimin haqqı və hüququnu pozmur, lakin heç kimin öz haqqı və hüququnu pozmasına da imkan verməyəcək.
Ölkəmizin materik ərazisindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Şərqi Aralıq dənizindəki Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin doğruluğunu beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq.
Qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmaq, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etməyə cəhd etmək sonu fəlakətlə nəticələnəcək səylərdən başqa bir şey deyil.
Yunanıstan Avropa Birliyinin üzvü olsa da, birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığına təzyiqlərini davam etdirir.
Biz NATO daxilində hər cəhətdən ən yüksək tələbləri qarşılayan bir müttəfiq olaraq, son iki ildə hərbi nümayəndə heyətimizin görüş dəvətlərinə belə cavab verməyən Yunanıstanın təxribatlarını sakitliklə qarşıladıq.
Ancaq görürük ki, bizim səbrimiz, soyuqqanlılığımız qarşı tərəfdən yanlış anlaşılır.
Biz Yunanıstanı bir əsr əvvəl olduğu kimi bir daha xəbərdar edirik ki, xəyallardan, ritorikadan, peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın.
Türkiyə Egeydəki hüquqlarından əl çəkməyəcək və lazım gəldikdə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”, - dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Ukraynanın paytaxtı bombalanır - FOTO/VİDEO
Ukraynanın paytaxtı Kiyev şəhərinə səhər saatlarından etibarən havadan zərbələr endirilib. BAKU.WS xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkədə pay...