Ərdoğan: Türkiyə Suriyada adına yaraşacaq bir siyasət yürüdüb
Türkiyə Suriyadakı Əsəd rejimi dönəmində adına yaraşacaq bir siyasət yürüdüb.
"Report"un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adana şəhərində AK Partiyanın toplantısında çıxışı zamanı deyib.
Ərdoğan ağır zamanlarda Türkiyənin suriyalı qaçqınlara münasibətinə də toxunub: "Biz bu ağır dönəmlərdə nə etdik? Məzluma qucaq açdıq, süfrəmizdə hər zaman mühacirlər üçün yer olduğunu dedik".
O, eyni zamanda Suriyanın azadlıq naminə 1 milyon vətəndaşı qurban verdiyini də əlavə edib:
"İndi isə həmin qucaq açdığımız suriyalı qardaşlarımız başları dik formada azadlığa qovuşmuş ölkələrinə qayıdır. Könüllü olaraq ölkələrinə qayıtmaq istəyənlərə lazımi dəstəyi göstərir və göstərəcəyik, amma heç kəsi buna məcbur etmirik".
Oxşar xəbərlər
Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır
Azərbaycan bizim üçün vacib tərəfdaş, qonşu ölkədir, bizim aramızda dostluq əlaqələri var. "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər...