Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara bilməz”
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz kədəri də, sevinci də bir olan, sözdə yox, əməldə qardaş olan iki dövlətik".
BAKU.WS xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
"Türkiyə kimi bura da bizim vətənimizdir. Doğulduğumuz yerlər kimi bura da bizim yurdumuzdur Türkiyənin hər qarışı da sizin vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!".
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan əlaqələri öncə strateji tərəfdaşlığa, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatıb: ““Baykar” şirkətinin Akıncı pilotsuz aparatı Türkiyədən Azərbaycana uçaraq bir rekord qırdı. Azərbaycan və Türkiyə münasibətlərini dünyaya örnək olan bir səviyyəyə çıxardıq. Səfərimin Azərbaycanın qədim şəhəri olan Şuşa ilində baş tutmasının ayrıca önəmi var”.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...