Ərdoğan: “Qardaşım İlham Əliyevin dəstəyi hər zaman ürəyimizdədir” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası baş tutub.
Toplantı 8 saatdan çox davam edib.
İclasın yekununda dövlət başçısı mətbuata açıqlamalarla çıxış edib. O, Azərbaycana səfərindən də danışıb.
“Tək millət, iki dövlət” şüarı ilə can Azərbaycanla qurduğumuz əlaqələrimizə bütün dünya qibtə edir. Biz bacı-qardaşlarımızı ehtiyac duyduğumuz zaman hər zaman yanımızda gördük. Zəlzələlərdən sonra Azərbaycanın həmrəyliyini heç vaxt unuda bilmərik. Qızlarının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan o mərhəmətli insanları minnətdarlıqla xatırlayacağıq.
Xüsusən də, qardaşım İlham Əliyevin dəstəyi hər zaman ürəyimizdədir. Qardaşım İlham Əliyevlə görüşlərimizdə ikitərəfli inkişafı artıracaq yeni qərarlar qəbul etdik. Biz Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına böyük əhəmiyyət veririk. Regionumuzda sülh və sabitliyin bərqərar olması ilə bağlı qəti mövqeyimizi bir daha təsdiqlədik. Qarabağda dalğalanan Azərbaycan bayrağını qardaşlığımızın rəmzi olaraq görürük ”, - deyə Ərdoğan bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...