Ərdoğan Qarabağla bağlı paylaşım etdi - FOTO

“Türkiyə kimi vətənimiz, Türkiyə kimi evimiz olduğu üçün Allaha nə qədər şükür etsək, azdır”.
BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında etdiyi paylaşımda yazıb.
O, qeyd edib ki, ortaq tariximiz, dilimiz, inancımız və mədəniyyətimiz bir olan bütün ölkələrə yenidən qucaq açdıq:
“Türk Dövlətləri Təşkilatını yaratmaqla Türk dövlətləri ilə əlaqələrimizi daha da gücləndirdik. Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı müstəqilliyinə qovuşdurduq”, - deyə Ərdoğan vurğulayıb.
O, paylaşımına Şuşada çəkilən fotonu da əlavə edib.
Türkiye gibi bir vatanımız, Türkiye gibi bir yuvamız olduğu için Allah'a ne kadar şükretsek azdır.
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 23, 2023
Türkiye; Çerkes’i, Tatar’ı, Gagavuz’u, Arnavut’u, Pomak’ı, Boşnak’ı, Türkmen’i, Ahıska’sı, Özbek’i, Uygur’uyla tarih boyunca dara düşen her kardeşine eman ve esenlik yurdu oldu.… pic.twitter.com/aMLvYPplum
Oxşar xəbərlər
Ərdoğan: "Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı" - FOTO
"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı. İndi, həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr qəti olana qədə...
