Ərdoğan II Qarabağ savaşı zamanı Türkiyədəki 5-ci kolonun fəaliyyətindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə keçmişdən bu günə qədər 5-ci kolon üzvlərindən çox əziyyət çəkib”.
Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verərkən bildirib.
“Cümhuriyyətimizin 100 illiyi ərəfəsində həmin tamaşa yenidən səhnəyə qoyulmağa başlayıb. Amma bu dəfə açıq şəkildə deyirəm, istəklərinə çata bilməyəcəklər. Sərhədlərimizi terrorçulardan təmizləyərkən, onlar İŞİD-in, 15 iyulda FETÖ-nün, Qarabağın işğalına qarşı azərbaycanlı qardaşlarımıza yardım edərkən ermənilərin və maraq lobbilərinin dili ilə danışırdılar. Çünki onlara verilən tapşırıq bu idi”, - deyə dövlət başçısı bəyan edib.
Ərdoğan əlavə edib ki, Türkiyə hökuməti ölkəyə qarşı oynanılan bütün çirkin oyunları pozacaq.
Mənbə: Haber Global
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...