Ərdoğan Putinlə telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri müzakirə edib.
Ərdoğan müzakirələr zamanı vəziyyətin stabilləşməsində Türkiyənin maraqlı olduğunu bildirib.
Danışıqlar zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrə də toxunulub.
Ərdoğan Rusiya gübrəsinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işlərin davam etdirildiyini bildirib. Onun sözlərinə görə, Türkiyə noyabrda başa çatacaq gübrə və taxıl ixracı mexanizminin uzadılmasında maraqlıdır.
Rusiya Prezidentindən danışıqlara şans verilməsini istəyən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...