Ərdoğan onları əfv etdi

Ərdoğan onları əfv etdi
Siyasət 131

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif cinayətlərdə təqsirli bilinən 4 nəfərin cəzasını əfv edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən barədə qərar "Resmi Gazete"də dərc olunub.

Qərarla 28 Fevral Məhkəməsi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilən keçmiş general-leytenant Çetin Saner və ağırlaşdırılmış ömürlük həbs cəzası alan Mehmet Emin Alpsoyun cəzaları qocalıqları səbəbi ilə ləğv edilib.

Həmçinin qərara görə, qəsdən adam öldürmə ittihamı ilə həbsdə olan Nihat İlliman və Sedat Çelik isə əlil olduqları üçün prezident tərəfindən əfv ediliblər.

Son xəbərlər