Ərdoğan NATO sammitində iştirak etmək üçün Litvaya gedir

Ərdoğan NATO sammitində iştirak etmək üçün Litvaya gedir
Siyasət 40

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçiriləcək NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Litvaya səfər edəcək.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Sammitdə Ukraynadakı müharibə, eləcə də NATO ölkələrinə qarşı çağırışlar barədə fikir mübadiləsi aparılacaq. Sammitdə alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Türkiyə Prezidentinin sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Son xəbərlər