Ərdoğan dünya liderlərilə birgə Moskvaya səfər edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişəni həll etmək üçün bir sıra ölkələrin liderləri, o cümlədən Braziliya prezidenti Jair Bolsonaru ilə birlikdə Moskvaya səfər etməyə hazırdır.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, hazırda belə bir səfərin təşkili imkanlarının araşdırıldığını bəyan edib.
Nazirin sözlərinə görə, Türkiyə dövlət başçısı Ukraynadakı vəziyyəti həll etmək və Putinlə Zelenski arasında görüş təşkil etmək üçün səylərini davam etdirir.
Həmçinin, Çavuşoğlu qeyd edib ki, NATO Ukraynadakı münaqişəyə qarışmaq fikrində deyil. Lakin Rusiyanın alyansın müttəfiqlərindən birinə hücum edəcəyi təqdirdə lazımi cavab veriləcək.
Oxşar xəbərlər
Türkiyə XİN rəhbəri XƏBƏRDARLIQ: “Müttəfiqlərdən birinə hücum olarsa...”
“Şimali Atlantika Alyansı müttəfiqlərindən birinə hücum olacağı təqdirdə Rusiyaya lazımi cavabı verəcək”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Türki...