Ərdoğan: "Dünya iqtisadiyyatındakı probemlərin həllini səbirlə gözləyəcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
“Dünya iqtisadiyyatında problemlərin aradan qalxacağını səbirlə gözləyəcəyik”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş iclasında bildirib.
“Türkiyə Rusiya-Ukrayna savaşı nəticəsində dünyada meydana gələn taxıl böhranını aradan qaldırmaq üçün vasitəçilik edir. Bu istiqamətdə çətinliyimiz yoxdur.
Fermerlərimizin təsərrüfat üçün yanacaq çatışmazlığını aradan qaldırırıq. Qara dənizdə aşkar edilən təbii qazı ümumi enerji sistemimizə qoşmağa çalışırıq. Xam neftin qiymətinin bahalaşması məlumdur”, - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...