Ərdoğan Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə paylaşım edib - FOTO

15
sen
2021
17:30
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə bağlı təbrik ünvanlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə R.T.Ərdoğanın "Twitter" səhifəsində paylaşım yer alıb.
Prezident bildirib: "Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ən səmimi arzularla təbrik edirəm, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı və qəhrəman əsgərləri rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salamlarımı çatdırıram".

Oxşar xəbərlər
Bakının daşnak-bolşevik işğalından azad olunmasından 103 il ötür
Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümüdür. BAKU.WS xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi...