Ərdoğan Azərbaycanla Türkiyə arasında mühüm sazişi təsdiqləyib
02
mar
2021
10:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, R.T.Ərdoğanın imzaladığı qərara əsasən, saziş qüvvəyə minib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.
Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.
Oxşar xəbərlər
Azərbaycanla Türkiyə arasında preferensial ticarətə dair Saziş martın 1-dən qüvvəyə minəcək
“Azərbaycanın zəfəri bölgəmizin ticarət və logistik quruluşunu dəyişəcək yeni dönəmin başlanğıcı oldu”. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin...