Ərdoğan: “Avropa İttifaqı Türkiyədən qopmaq istəyir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İttifaqı Türkiyədən qopmaq istəyir”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfərdən əvvəl hava limanında jurnalistlərin suallarına cavabında bildirib.
O, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətə dair suala cavabında deyib: “Mənim dəyərləndirməyimi qəti olaraq bilmək istəyirsinizsə, deyə bilərəm ki, Avropa İttifaqı Türkiyədən qopmağa çalışır. Avropa İttifaqının Türkiyədən qopmaq üçün addımlar atdığı halda biz də bu inkişaflara qarşı qiymətləndirmə etdikdən sonra lazım gələrsə, onunla yollarımızı ayıra bilərik”.
Oxşar xəbərlər
Putin və Ərdoğanın birgə mətbuat konfransı - YENİLƏNİB - VİDEO
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin mətbuat nümayəndələri qarşısında açıqlamalar verirlər. ***16:01 Rusiya...