Emma Nikolson: “Böyük Britaniya bərpa olunan enerjinin inkişafında Azərbaycana dəstək verməyə hazırdır”
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya bərpa olunan enerji mənbələrinin inkişafında Azərbaycana dəstək verməyə hazırdır.
"Report"un məlumatına görə, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson jurnalistlərlə görüşündə deyib.
“Öz təcrübəmizi və biliyimizi Azərbaycanla bölüşə bilərik. Bizim çox güclü əməkdaşlığımız var”, - o deyib.
Emma Nikolsonun sözlərinə görə, Böyük Britaniya kimi Azərbaycan da ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerjiyə doğru irəliləyir ki, bu da dünya əhalisinin artımı və tələblərin artması baxımından vacibdir: “Biz Azərbaycan hökuməti ilə yaşıl enerji sahəsində böyük səylə işləyirik. Ümumiyyətlə, iki ölkə arasında münasibətlər qaya kimi möhkəmdir”.
O, həmçinin əlavə edib ki, səfərinin məqsədi Bakı Enerji Həftəsində iştirak etməkdir və bu tədbirin iştirakçısı olmaqdan olduqca şaddır.
Qeyd edək ki, mayın 31-dən iyunun 3-dək Bakıda 28-ci Beynəlxalq Xəzər Neft və Qaz, 11-ci Beynəlxalq Enerji və Bərpa Olunan Enerji Mənbələri və 20-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgiləri keçiriləcək. İyunun 1-2-də 28-ci Beynəlxalq Bakı Enerji Forumunun keçirilməsi gözlənilir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...