Əminə Ərdoğan iftar süfrəsində qonaq olduqları ailəyə təşəkkür edib - FOTO

Əminə Ərdoğan iftar süfrəsində qonaq olduqları ailəyə təşəkkür edib - FOTO
Siyasət 200

Türkiyənin Birinci Xanımı Əminə Ərdoğan İstanbulun Ümraniye bölgəsində iftar süfrəsində qonaq olduqları Kılıçaslan ailəsinə təşəkkür edib.

BAKU.WS xəbər verir ki, o bu barədə tvitter hesabından paylaşım edib.

"Bu gün İstanbulda Kılıçaslan ailəsinin iftar süfrəsində qonaq olduq. Evin gözəl qızları Sərra, Kübra və Yüsra ilə söhbət etdik. Onların məktəb uğurları təqdirəlayiqdir. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Ramazan bərəkəti süfrələrindən əskik olmasın”. - o qeyd edib.

Son xəbərlər