Elnur Soltanov: COP29 çərçivəsində etimad mühitinin yaradılması vacibdir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda qalıq yanacaqların istifadəsi və ya ondan imtinası ilə bağlı geniş müzakirələr gedir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda keçirilən tədbirdə deyib.
“Bizim əsas vəzifəmiz COP29 çərçivəsində etimad mühiti yaratmaq və bununla da iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Bu, bizim üçün çox vacibdir və uğurlu nəticələr gözləyirik”, - o vurğulayıb.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...