Elman Nəsirov fotosundan danışdı: “Fotoşop deyil...”

10
avq
2022
09:55
Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub. Fotodakının Elman Nəsirov olmadığı, “Photoshop”dan istifadə etdiyi ehtimal edilib.
BAKU.WS xəbər verir ki, Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib:
“Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.

Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...
