Elman Abdullayev: “Laçın yolu ilə qanunsuz daşınan silahlar Qarabağda hərbi baza yaratmaq üçün istifadə olunub”
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev “X” sosial şəbəkəsində paylaşım edib.
“Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. Deməli, Laçın keçid məntəqəsinin yaradılması, həqiqətən də, Azərbaycanın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir”, - deyə, o qeyd edib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...